Arşavin Azərbaycanda Messidən çox məvacib alacaq - FOTOLAR

Arşavin Azərbaycanda Messidən çox məvacib alacaq - FOTOLAR
15:38 01.04.2013
2254
Andrey Arşavin karyerasını “Xəzər Lənkəran”da davam etdirəcək. Futbolçunun klubla müqaviləsinin bu mövsümün sonuna kimi qüvvədə olacağı nəzərdə tutulsa da, bu müddətin bir il uzadılacağı gözlənilir.Azərbaycan Premyer Liqasının cari mövsümünün sonuna qədər Azərbaycan klubu Arşavinə fantastik məbləğdə pul ödəyərək onu dünyanın ən çox qazanan futbolçusu edəcək. Bu mövsüm Arşavinin oyunu "Xəzər Lənkəran"a 4 milyon avroya başa gələcək, futbolçu aylıq 2 milyon avro maaş alacaq. Müqayisə üçün qeyd edək ki, "Barselona"nın hücumçusu Lionel Messinin aylıq maaşı 1,6 milyon avrodur.“Xəzər lənkəran” klubunun baş məşqçisi də Arşavinin öz klubunda görmək istəyirdi. Arşavinin alınması xəbərini klub da təsdiqləyib."Biz şadıq ki, klubumuza Avropanın ən istedadlı futbolçusu gəlir. Arşavinin "Arsenal"dan "Xəzər Lənkəran"a keçməsi tək klub üçün deyil, eyni zamanda Azərbaycan çempionatı üçün əhəmiyyətli hadisədir. Ümid edirik ki, bizim əməkdaşlığımız məhsuldar olacaq", - klubun mətbuat xidmətindən bildiriblər.Sonda qeyd edək ki, Rusiya mətbuatının yaydığı bu xəbərin ciddi olması şübhə doğurur. Çox güman ki, rusiyalı həmkarlarımız oxucuları ilə zarafat etmək istəyiblər və Azərbaycan klubunun adını da bu zarafata qoşublar.//anspress
OXŞAR XƏBƏRLƏR