“Arsenal” Bakıda belə qarşılandı - Video

“Arsenal” Bakıda belə qarşılandı - Video
İDMAN
18:47 03.10.2018
6986
Avropa Liqasının qrup mərhələsinin 2-ci turunda "Qarabağ”ın qonağı olacaq "Arsenal” artıq Bakıdadır.

Qol.az xəbər verir ki, komandanı gətirən təyyarə təxminən saat 17:00-da Heydər Əliyev adına Beynəlxalq Hava Limanına eniş edib. London təmsilçisini hava limanında onlarla azarkeş qarşılayıb. "Topçular” oradan birbaşa Bakı Olimpiya Stadionuna yollanıblar.
 

Qeyd edək ki, sabah BOS-da keçiriləcək "Qarabağ” – "Arsenal” oyunu 21:00-da start götürəcək. 
 

OXŞAR XƏBƏRLƏR