"Arsenal" İngiltərə millisinin üzvünü transfer etmək istəyir

"Arsenal" İngiltərə millisinin üzvünü transfer etmək istəyir
İDMAN
19:58 10.06.2025
712
İngiltərənin "Arsenal” klubu Premyer Liqanın digər təmsilçisi "Kristal Pelas”ın, həmçinin İngiltərə millisinin futbolçusu Mark Qehini transfer etmək istəyir.
 
Müdafiəçinin "Kristal Pelas"la müqavilə müddətinin bitməsinə bir il qalsa da, adı satışa çıxarılanların siyahısında yer alıb.

24 yaşlı futbolçu üçün təzminat məbləğinin 60 milyon avro civarında olduğu bildirilir.

Qeyd edək ki, M.Qehi 2021-ci ildən "Kristal Pelas”ın formasını geyinir. O, bu müddətdə meydana çıxdığı 132 matçda 6 qola müəlliflik edib. Futbolçu 2022-ci ildən İngiltərə millisinin üzvüdür.
 
///report
OXŞAR XƏBƏRLƏR