"Arsenal" - "Qarabağ": Start heyətləri açıqlandı

"Arsenal" - "Qarabağ": Start heyətləri açıqlandı
İDMAN
22:54 13.12.2018
7320
Bu gün Avropa Liqasında qrup mərhələsinə yekun vurulacaq. 

AZXEBER.COM xəbər verir ki, Azərbaycan çempionu "Qarabağ” avrokubok mövsümündə son oyununu keçirəcək.

E qrupunda mübarizə aparan Qurban Qurbanovun yetirmələri VI turda İngiltərə "Arsenal”ı ilə üz-üzə gələcək. Qrup birinciliyini təmin edən London klubu üçün ev oyunu formal xarakter daşıyacaq.

1/16 final şansını itirən "Qarabağ” isə sonuncu olmamaq üçün səfərdən xalla dönməlidi. Cari mövsüm evdəki qrup oyunlarında xal qazanmayan Ağdam klubu daha yaxşı çıxış etdiyi səfər matçlarında növbəti uğurunu gerçəkləşdirməyə çalışacaq.

Qeyd edək ki, qarşılaşma Bakı vaxtı ilə saat 00:00-da başlayacaq.
 
Avropa Liqası
Qrup mərhələsi
VI tur, 13 dekabr

E qrupu
00.00 Arsenal (İngiltərə) - Qarabağ (Azərbaycan)
Arsenal: 26. Emiliano Martinez, 4. Mohamed Elneni, 5. Sokratis Papastopulos, 6. Loran Kosielni (k), 9. Aleksandr Lakazet, 10. Mesut Özil, 15. Eynsli Maytland-Nils, 25. Karl Cenkinson, 49. Eddi Nketia, 59. Co Villok, 87. Bukaya Saka.
Ehtiyat oyunçular: 44. Deyan İliyev, 7. Henrix Mxitaryan, 18. Naço Monreal, 29. Matteo Genduzi, 43. Şarli Jilmor, 47. Zekarya Medle, 72. Tires Con-Cules
Baş məşqçi: Unay Emeri.
Qarabağ: 13. Vaqner, 2. Qara Qarayev, 5. Maksim Medvedev, 6. Simeon Slavçev, 8. Miçel, 11. Mahir Mədətov, 14. Rəşad Sadıqov (k), 17. Abdellah Zubir, 52. Yakub Jezniçak, 55. Bədavi Hüseynov, 77. Donald Gerye.
Ehtiyat oyunçular: 12. Şahrudin Məhəmmədəliyev, 4. Rahil Məmmədov, 9. Araz Abdullayev, 10. Dani Kintana, 7. Filip Ozobiç, 25. Ansi Aqolli, 91. Coşqun Diniyev.
Baş məşqçi: Qurban Qurbanov.
Hakimlər: Yens Qrabski Maae, Lars Hummelqaard, Heyne Sorensen, Yesper Dal (Danimarka).
Əlavə köməkçi hakimlər: Yorqen Dauqbyerq Burhardt, Morten Kroq (Danimarka).
Hakim-inspektor: Stavros Tritsonis (Yunanıstan).
UEFA nümayəndəsi: Stirbyorn Oskarsson (Finlandiya).
London. "Arsenal” stadionu.
OXŞAR XƏBƏRLƏR