"Arsenal"da ciddi itki - Ulduz futbolçu üçün mövsüm erkən başa çatdı

"Arsenal"da ciddi itki - Ulduz futbolçu üçün mövsüm erkən başa çatdı
İDMAN
20:45 21.01.2019
10294
İngiltərənin "Arsenal" klubu ciddi itkiylə üzləşib.

"Topçular"ın müdafiəçisi Hektor Belyerin mövsümü başa vurub. Premyer Liqanın 23-cü turunda "Çelsi"yə qarşı matçda (2:0) zədələnən futbolçunun durumu ciddidir. Dizindən zədələnən sağ cinah müdafiəçisi 6-9 ay oynamayacaq.

Qeyd edək ki, 23 yaşlı futbolçu cari mövsüm Premyer Liqada 19 oyuna 5 assist etmişdi.
 
///Milli.Az
OXŞAR XƏBƏRLƏR