"Arsenal"dan xal ala bilərik" – Yakub Jezniçak

"Arsenal"dan xal ala bilərik" – Yakub Jezniçak
İDMAN
16:47 04.10.2018
3910
Polşa mətbuatı "Qarabağ”ın Avropa Liqasının qrup mərhələsinin 2-ci turunda bu gün "Arsenal”la keçirəcəyi oyundan yazıb.
 
Qol.az-ın məlumatına görə, "przegladsportowy.pl” saytında yer alan məqalədə Ağdam klubunun polşalı müdafiəçisi Yakub Jezniçakdan da bəhs olunub: "Qarabağ” qrup mərhələsinin ilk turunda səfərdə "Sportinq”ə uduzdu və Portuqaliyanı heç nə ilə təəccübləndirə bilmədi.
 
Bu gün isə komanda daha ciddi rəqiblə - "Arsenal”la üz-üzə gələcək və belə bir oyunda Yakub Jezniçakın da meydana çıxmaq ehtimalı olduqca yüksəkdir.
 
Ümumiyyətlə, bu futbolçu "Legiya”nı "Qarabağ”a dəyişəndə, bir çoxları onun qərarına gülmüşdü. H
 
albuki bu komandaya transfer olduqdan sonra hər il gözəl stadionlarda dünyaca məşhur klublara qarşı oynayır. Cəmi 1 il əvvəl Kuba Çempionlar Liqasında "Çelsi”, "Atletiko” və yarımfinala qədər irəliləmiş "Roma” ilə matçlarda forma geyinib. Bu gün Jezniçak Denni Uelbek və Məsut Özil kimi futbolçulara qarşı mübarizə aparacaq”. Yazıda Jezniçakın fikirlərinə də yer verilib: "Ötən il komandamız "Atletiko”dan xallar almağı bacarmışdı. İndi isə "Arsenal”la oyunda belə bir şansımız var”.
 
Qeyd edək ki, Bakı Olimpiya Stadionunda keçiriləcək "Qarabağ” – "Arsenal” oyunu saat 20:55-də start götürəcək.
OXŞAR XƏBƏRLƏR