'Arsenal'ın hücumçusu 'Beşiktaş' yolunda

İDMAN
22:01 09.11.2012
1359

"Arsenal" klubunun hücumçusu Maruan Şamak karyerasını Türkiyə Superliqasında davam etdirə bilər.

Qol.Az-ın "Daily Mail"ə istinadən verdiyi məlumata görə, "Beşiktaş" klubu mərakeşli futbolçunun transferində maraqlıdır.

İstanbul təmsilçisi 28 yaşlı futbolçunun transferi üçün 4 milyon avrosundan keçməyə hazırdır. "Arsenal"da əsasən ehtiyatda qalan Şamakın da "Beşiktaş"ın təklifini müsbət qarşıladığı bildirilir.

Qeyd edək ki, 2010-cu ildə "Bordo"dan "Arsenal" keçən Şamak keçirdiyi 40 oyunda 8 qola imza atıb.

OXŞAR XƏBƏRLƏR