"Arsenal" klubunun hücumçusu Maruan Şamak karyerasını Türkiyə Superliqasında davam etdirə bilər.
Qol.Az-ın "The Sun" qəzetinə istinadən verdiyi məlumata görə, "Fənərbaxça" klubu mərakeşli futbolçunun transferində maraqlıdır.
İstanbul təmsilçisi 28 yaşlı futbolçunun transferi üçün danışıqlara başlamağa hazırdır. "Arsenal"da əsasən ehtiyatda qalan Şamakın da "Fənərbaxça"nın təklifini müsbət qarşıladığı bildirilir.
Qeyd edək ki, 2010-cu ildə "Bordo"dan "Arsenal" keçən Şamak keçirdiyi 40 oyunda 8 qola imza atıb.