İngiltərə Premyer Liqası təmsilçisi "Arsenal"ın hücumçusu Kay Haverts mövsümü erkən başa vurub.
Bu barədə "The Athletic" nəşri məlumat yayıb.
25 yaşlı hücumçu məşq zamanı bud nahiyəsindən ciddi zədə alıb. Almaniyalı oyunçu cari mövsüm yaşıl meydanlara çıxa bilməyəcək.
Qeyd edək ki, Kay Haverts bu mövsüm "Arsenal"ın heyətində 34 görüşdə 15 qol vurub.