İngiltərə təmsilçisi "Arsenal"ın idman direktoru Edu Qaspar klubdan ayrılmağa yaxındır.
Mütəxəssis vəzifəsindən ayrılmaq istədiyini açıqlayıb.
Onun gedişi İdarə Heyətindəki dəyişikliklərlə əlaqələndirilir.
Qeyd edək ki, E.Qaspar 2022-ci ildən "Arsenal"ın idman direktoru vəzifəsində çalışır. 2001-2005-ci illərdə London təmsilçisinin formasını geyinmiş 46 yaşlı keçmiş futbolçu bundan əvvəl klubda texniki direktor vəzifəsini tutub.
///report