"Arsenal"ın sabiq futbolçusu İngiltərə klubunun baş məşqçisi təyin olunub

"Arsenal"ın sabiq futbolçusu İngiltərə klubunun baş məşqçisi təyin olunub
İDMAN
19:26 22.04.2025
195
İngiltərənin "Arsenal" komandasının sabiq futbolçusu Cek Uilşir Çempionşip təmsilçisi "Norviç"in müvəqqəti baş məşqçisi təyin olunub.

Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

33 yaşlı yarımmüdafiəçi bu postda istefaya göndərilən Yohannes Torulu əvəzləyib.

Qeyd edək ki, 10 il (2008-2018) "Arsenal"ın şərəfini qoruyan Cek Uilşir ötən ildən "Norviç"in məşqçilər korpusunda yer alıb. Onun komandası Çempionşipin başa çatmasına iki tur qalmış 53 xalla 14-cü sıradadır.
OXŞAR XƏBƏRLƏR