"Arsenal"ın sabiq futbolçusu narkotik qaçaqmalçılığı ilə bağlı həbs edildi

DÜNYA
19:00 19.09.2024
163
İngiltərənin "Arsenal” klubunun sabiq futbolçusu Cey Emmanuel-Tomas narkotik qaçaqmalçılığı ilə bağlı həbs edilib.

"Report" "Sky Sport"a istinadən xəbər verir ki, o, 600 min funt sterlinq dəyərində narkotik qaçaqmalçılığına görə saxlanılıb.

İngiltərə millisinin aşağı yaş qruplarından ibarət millilərində çıxış etmiş 33 yaşlı vinger Şotlandiya polisinin həyata keçirdiyi əməliyyat nəticəsində İnverklayd şəhərində ələ keçib.

Qeyd edək ki, "Arsenal"ın heyətində 5 oyunda iştirak edən Cey Emmanuel-Tomas "Bristol Siti", "İpsviç" kimi komandaların da şərəfini qoruyub. O, hazırda Şotlandiyanın II Liqasında çıxış edən "Morton"un formasını geyinir.
OXŞAR XƏBƏRLƏR