“Arsenal”ın yay transferləri üçün ayırdığı vəsaitin məbləği bəlli oldu

İDMAN
18:10 05.05.2023
263
"Arsenal”ın yay transferləri üçün ayırdığı vəsaitin məbləği bəlli olub.

İngiltərə klubunun rəhbərliyi yeni futbolçuların alınmasına 170 milyon avro ayıracaq.

Londonlular bu məbləği heyətin gücləndirilməsinə xərcləməyi zəruri sayıb. Transferlər baş məşqçi Mikel Artetanın istəyi ilə reallaşacaq.

"Arsenal”ın əsas hədəfi "Vest Hem”in yarımmüdafiəçisi Deklan Raysdır. Arteta müdafiəçi alınmasını da istəyir.

Qeyd edək ki, 34 oyundan sonra 78 xala malik "topçular” Premyer Liqada 2-ci pillədə qərarlaşıb.
 
///Apasport.az
OXŞAR XƏBƏRLƏR