Paşinyan: Rusiya hərbi bazası Aİ-yə üzvlük niyyətimizə mane olmur

Paşinyan: Rusiya hərbi bazası Aİ-yə üzvlük niyyətimizə mane olmur
DÜNYA
14:02 05.03.2026
451
Gümrüdəki Rusiya hərbi bazası Ermənistanın Avropa İttifaqına üzvlük niyyətinə hələlik mane olmur.

Bu barədə bu gün Ermənistanın Baş naziri Nikol Paşinyan hökumət iclasının yekunlarına dair mətbuat konfransında bildirib.

"Bəli, Ermənistan Avropa İttifaqına üzvlük prosesinə başlamaq üçün qanun qəbul edib. Lakin biz hələ o mərhələdə deyilik ki, Rusiya Silahlı Qüvvələrinin 102-ci bazası bizim görmə sahəmizi bağlasın. Əgər bunu etdiklərini görsək, onda necə irəliləmək barədə düşünəcəyik ki, problemlərlə qarşılaşmayaq”, — Paşinyan qeyd edib.

Baş nazir Ermənistanın Rusiya ilə münasibətlərini pozmaq kimi bir niyyətinin olmadığını və olmayacağını da vurğulayıb.
OXŞAR XƏBƏRLƏR