Səudiyyə Ərəbistanı İranın Azərbaycana dron hücumlarını qınayıb

Səudiyyə Ərəbistanı İranın Azərbaycana dron hücumlarını qınayıb
SİYASƏT
15:00 05.03.2026
571
Səudiyyə Ərəbistanı İranın Azərbaycana dron hücumlarını qınayıb.

Bu barədə Səudiyyə Ərəbistanının Xarici İşlər Nazirliyi bəyanat yayıb.

"Səudiyyə Ərəbistanı Krallığının Xarici İşlər Nazirliyi İranın Türkiyə Respublikası və Azərbaycan Respublikasının hədəfə almaq cəhdini ən şiddətli şəkildə qınayır”, - bəyanatda qeyd olunub.

XİN vurğulayıb ki, iki ölkəyə qarşı bu hərəkətlərə heç bir halda bəraət qazandırıla bilməz: "Bu, beynəlxalq qanun və normalara, eləcə də mehriban qonşuluq prinsiplərinə açıq şəkildə zidd olan düşmən yanaşmaya dəlalət edir və regionda vəziyyəti daha da gərginləşdirir.

Krallıq Türkiyə və Azərbaycan hökumətləri və xalqları ilə tam həmrəyliyini ifadə edir, iki ölkənin öz təhlükəsizliyini, hava məkanını, ərazi bütövlüyünü və vətəndaşlarını qorumaq hüququnu təsdiqləyir”.

Qeyd edək ki, bu gün Azərbaycan Respublikasının Naxçıvan Muxtar Respublikasına İran İslam Respublikasının ərazisindən dron hücumları həyata keçirilib. 1 ədəd dron Naxçıvan Muxtar Respublikasının Hava Limanının terminal binasına, digər bir dron isə Şəkərabad kəndində məktəb binasının yaxınlığına düşüb. Hava Limanının binasına zərər dəyib, 4 nəfər xəsarət alıb.
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Ərdoğan həbs edilən Haluk Levent haqda danışdı: "Bu, tərbiyəsiz şəxslərin..."
15:46 28.07.2026
Ərdoğan həbs edilən Haluk Levent haqda danışdı: "Bu, tərbiyəsiz şəxslərin..."
Azərbaycanda bu şəxslərin maaşı artırılacaq
15:40 28.07.2026
Azərbaycanda bu şəxslərin maaşı artırılacaq
Unibank jurnalistlər üçün təlim təşkil etdi - FOTOLAR
15:37 28.07.2026
Unibank jurnalistlər üçün təlim təşkil etdi - FOTOLAR
Prezidentin yeni təyin etdiyi səfirlər kimlərdir? - Dosye
15:31 28.07.2026
Prezidentin yeni təyin etdiyi səfirlər kimlərdir? - Dosye
Motosiklet sürücülərinə xəbərdarlıq - Bunları bilməlisiniz
15:24 28.07.2026
Motosiklet sürücülərinə xəbərdarlıq - Bunları bilməlisiniz
Rəşad Məmmədov etimadnaməsini Şavkat Mirziyoyevə təqdim etdi
15:17 28.07.2026
Rəşad Məmmədov etimadnaməsini Şavkat Mirziyoyevə təqdim etdi
"İranın "Səhər" telekanalı ilə əməkdaşlıq edənlər məsuliyyətə cəlb edilməlidir" - Azər Həsrət
15:13 28.07.2026
"İranın "Səhər" telekanalı ilə əməkdaşlıq edənlər məsuliyyətə cəlb edilməlidir" - Azər Həsrət
Nigeriyada vəba epidemiyası: 14 nəfər öldü
14:38 28.07.2026
Nigeriyada vəba epidemiyası: 14 nəfər öldü
Müəllimini güllələyən şagirdin atasına hökm oxundu
14:35 28.07.2026
Müəllimini güllələyən şagirdin atasına hökm oxundu
Bakıdakı bu bina görənləri şoka salır - kimin olduğu bilinmir - FAKTLAR
14:31 28.07.2026
Bakıdakı bu bina görənləri şoka salır - kimin olduğu bilinmir - FAKTLAR
Azercell və ADA Universiteti tələbələr üçün AI4Real Bootcamp proqramına start verir
14:18 28.07.2026
Azercell və ADA Universiteti tələbələr üçün AI4Real Bootcamp proqramına start verir
Azərbaycanın Qazaxıstandakı səfiri vəzifəsindən geri çağırıldı
14:12 28.07.2026
Azərbaycanın Qazaxıstandakı səfiri vəzifəsindən geri çağırıldı
Azərbaycanın Hindistandakı səfiri vəzifəsindən geri çağırıldı - İtaliyada səfir təyin edildi
14:10 28.07.2026
Azərbaycanın Hindistandakı səfiri vəzifəsindən geri çağırıldı - İtaliyada səfir təyin edildi
Azərbaycanın Tacikistandakı səfiri geri çağırıldı - Qazaxıstana səfir təyin edildi
14:08 28.07.2026
Azərbaycanın Tacikistandakı səfiri geri çağırıldı - Qazaxıstana səfir təyin edildi
Biri istifadə olunur, digəri milyonlar qazandırır - Ən populyar tətbiqlər bəlli oldu
14:02 28.07.2026
Biri istifadə olunur, digəri milyonlar qazandırır - Ən populyar tətbiqlər bəlli oldu
Azərbaycanda "Aviasiya haqqında" qanun dəyişdi
13:44 28.07.2026
Azərbaycanda "Aviasiya haqqında" qanun dəyişdi