Artıq kişilər də hamilə qala biləcəklər

MARAQLI
18:12 10.06.2011
2417

AZXEBER.COM-un İngiltərə mətbuatına istinadən verdiyi xəbərə görə, 7-11 avqust tarixlərində baş tutacaq konfransda təqdim olunacaq 5 yeni inkişaf etdirilmiş simulyasiya metodu virtual gerçəkliyin getdikcə necə inkişaf etdiyini göstərəcək. 

Bunlardan ən çox diqqətçəkəni kişilərin hamilə qalması olacaq. Kişilər bunu Yaponiya Gələcək Elm və Texnologiya İnstitundan Takuya Işamotonun yeni geyimi sayəsində biləcəklər.

Bu geyim hamiləliyin ağırlığını, istiliyini, hərəkətini və ürək döyüntülərini hiss etdirir.
Bu geyimi alan kişilər 2 dəqiqədə qadınların 9 aylıq hamiləlik müddətini necə keçirdiklərini biləcəklər.

Bu geyimi geyinən adam öz qarnına toxunduğunda hamilələr kimi görünür və balanslı hərəkətlər edir. Adam sərt hərəkətlər edəndə geyim cırılır.

Adıçəkilən şirkətin nümayəndələri bu geyim sayəsində qadın adının nə qədər yüksək olduğu kişilərə aşılayıblar.

Gülnar MİRMÖVSÜMOVA 

OXŞAR XƏBƏRLƏR