Artilleriyaçılarımızın silah və hərbi texnikasına baxış keçirildi - VİDEO

Artilleriyaçılarımızın silah və hərbi texnikasına baxış keçirildi - VİDEO
SOSİAL
19:34 02.08.2019
6891
Beynəlxalq Ordu Oyunları-2019” yarışları çərçivəsində Qazaxstanda keçiriləcək "Artilleriya atəşinin ustaları” müsabiqəsində istifadə ediləcək silah və texnikaya baxış keçirilib.

 Müdafiə Nazirliyindən verildiyi xəbərə görə, Silah və döyüş texnikası qəbul edildikdən sonra artilleriyaçılarımız müsabiqənin mərhələlərinin keçilməsi üsullarının məşq etdirilməsinə başlayıblar.

Püşkatmanın nəticələrinə əsasən birinci mərhələdə artilleriyaçılarımız Rusiya, Venesuela və Zimbabve komandaları ilə yarışacaqlar.
 
Müsabiqə avqustun 17-dək davam edəcək.

OXŞAR XƏBƏRLƏR