Artıq çəkisi sayəsində ayda 2 min dollar qazanır – FOTO

MARAQLI
16:42 01.07.2016
2373
Amerikalı qadın əslində gün ərzində çox qida qəbul etmədiyini deyir.
43 yaşlı amerikalı qadın Bobbi Jo Westley artıq çəkisi sayəsində normal bir işdə qazana biləcəyindən daha çox pul qazanmağa müvəffəq olub.
Beş övladı olan qadının 222 kq çəkisi var. Həvəskar modellik ilə məşğul olan Bobbi Jo Westley ayda 2 min dollar gəlir əldə edir.
İri bədənli model söyləyir ki, əslində gün ərzində çox qida qəbul etmir. Ümumiyyətlə, salatla qidalanır.
O, şişman olmasının səbəbinin orqanizmindəki tireoid hormonunun pozğunluğu ilə əlaqəli olduğunu deyir.
///Oxu.Az
OXŞAR XƏBƏRLƏR