"Artıq heç kəslə duet oxumayacağam" - Zeynəb Həsənidən AÇIQLAMA

"Artıq heç kəslə duet oxumayacağam" - Zeynəb Həsənidən AÇIQLAMA
MAQAZİN
13:32 18.01.2023
474

"Artıq heç kəslə duet oxumayacağam”

AZXEBER.COM xəbər verir ki, bu sözləri müğənni Zeynəb Həsəni ATV televiziyasında yayımlanan "7 canlı” verilişində iştirak etdiyi zaman deyib.

Aparıcının "Zeynəb Həsəninin bundan sonrakı duet ortağı kim olacaq?” sualına müğənni belə cavab verib:

"Bu mövzu ilə bağlı mənə çox sual verirlər. Hətta başqa ölkələrdən də mənə bu sual ünvanlanır. Hər kəsə cavab verirəm. Mənə xarici müğənnilərdən də biri təklif etdi. Bildirdi ki, mənimlə duet oxumaq istəyir. Mən razı olmadım. Çünki Talıb Taledən başqa daha heç kimlə duet oxumaq niyyətim yoxdur. Düşünürəm ki, bir nəfərlə oxumaq daha yaxşıdır, çünki çox adamla duet oxuyanda bunu cəmiyyət də xoş qarşılamır. Məni əgər Talıb bəylə xoş qarşılayıblarsa, niyə gedim başqası ilə oxuyum? Duet ortağımdan çox razıyam. Xanımlardan yalnız Nəfəs xanımla, bəylərdən də yalnız Talıbla oxumuşam. Talıbla illərdir dostuq. Daha xanımlarla da oxumayacağım, yalnız Talıbla oxuyacağam. Mən sadiq insanam. Əsas səbəbi də açıqlamaq istəyirəm, mən məşhur olmayan vaxtlarda Talıbla oxumuşamsa, tanınandan sonra başqası ilə oxumaq istəmirəm. Mən Talıbın əziyyətini yerə vurmaram, çünki o məni indiki vəziyyətə pillə-pillə gətirib”.

Həmin görüntüləri təqdim edirik:

Ayşən

OXŞAR XƏBƏRLƏR