‘Artıq heç kim xahişlə, tanışlıqla işə qəbul olunduğunu iddia edə bilməyəcək’ - Oqtay Şirəliyev

SİYASƏT
16:55 13.05.2013
2596

Azərbaycanın səhiyyə naziri Oqtay Şirəliyev regionlardakı baş həkimləri vakant yerlərə işə qəbul olmaq istəyənlər üçün süni maneələr yaratmaqda günahlandırıb.

AZXEBER.COM Səhiyyə Nazirliyinin rəsmi mətbu orqanı olan "Tibb" qəzetinə istinadən verdiyi məlumata görə, nazir Oqtay Şirəliyev mərkəzləşdirilmiş qaydada işə qəbul olan gənc həkimlərlə görüşərkən bildirib ki, regionlarda fəaliyyət göstərən tibb müəssisələrində xeyli sayda boş iş yerləri olub. Ancaq müxtəlif səbəblər bəhanə gətirilərək həmin vakant yerlərə illərlə işçi qəbul edilməyib: "Baş həkimlər bizə həmin vakansiyalar üzrə işləmək istəyən mütəxəssislərin olmadığını deyirdilər. Amma biz indi görürük ki, işləmək istəyənlər var imiş. Sadəcə olaraq, həmin şəxslər müəyyən tələblər və ya süni maneələrlə işə qəbul edilmirdilər. Artıq illərlə boş qalan vakant yerlərdə həkimlər çalışacaqlar".

Həkimlərin mərkəzləşdirilmiş qaydada işə qəbulunu səhiyyədə kadr siyasəti sahəsində çox önəmli hadisə sayan nazirin sözlərinə görə, səhiyyə sahəsində ən savadlı, bacarıqlı mütəxəssislərin çalışmasını istəyirlər.

Şirəliyev qeyd edib ki, əsas məqsəd hər bir namizədin bilik və peşə qabiliyyətinin, ümumi dünyagörüşünün, tibb müəssisələrində işləmək bacarığının səviyyəsini düzgün müəyyənləşdirmək, bu sahədə şəffaflığı təmin etməkdir: "Bütün çətinliklərdən keçərək, nəhayət ki, istəyimizə nail oluruq. Bu mərhələyə gəlib çatmaq həqiqətən də asan məsələ deyildi. Artıq heç kim xahişlə, tanışlıqla, digər arzuolunmaz üsul və vasitələrlə işə qəbul olunduğunu iddia edə bilməyəcək".

OXŞAR XƏBƏRLƏR

ƏN SON XƏBƏRLƏR

05:57 07.02.2025

BMT USAID-ın bağlanması barədə: ABŞ rəhbərliyi ilə konstruktiv dialoqa sadiqik

02:33 07.02.2025

Ağ Ev: Vaşinqton Qəzzaya qoşun göndərməyəcək

00:34 07.02.2025

Hacıqabulda qatarda yanğın - 4 nəfər tüstüdən zəhərləndi

00:31 07.02.2025

"Real Madrid"in cəzalandırılması tələb edilir

00:27 07.02.2025

“”Beşiktaş” karyeramda xüsusi yeri olan klubdur”

23:45 06.02.2025

“İran nüvə silahına can atmır” - Pezeşkian

23:23 06.02.2025

Ağır insult keçirən şəxs əlillik dərəcəsi ala bilmir - VİDEO

23:13 06.02.2025

Harutyunyan məhkəmədə Paşinyanın yalanını ifşa etdi

22:57 06.02.2025

Məktəbdə şagirdə naməlum kağız və nömrə verildi - DİN işə qarışdı - FOTOLAR

22:40 06.02.2025

Azərbaycanlı gənc Yunanıstanda niyə həbs edilib? - AÇIQLAMA - VİDEO

22:27 06.02.2025

Dövlət ittihamçısı: Azərbaycan xalqına qarşı cinayətlər qəddarlıqla və amansızlıqla törədilib

22:16 06.02.2025

Davit Babayan saxlanma şəraiti barədə: Burada bizə qarşı heç bir təzyiq olmayıb

22:03 06.02.2025

Diplomları soruşulanda dilləri topuq vuran saxta həkim və kosmetoloqlar - ARAŞDIRMA - VİDEO

21:46 06.02.2025

Gəncədə məktəbli siqaret çəkdi: Təhqiramiz ifadələr işlətdi

21:26 06.02.2025

Küləyin sürəti güclənib, yağış yağır - FAKTİKİ HAVA

21:18 06.02.2025

Hərbi cinayətlərdə təqsirləndirilən erməniəsilli şəxslərin məhkəmə prosesi davam edir