İsveç millisinin hücumçusu Zlatan İbrahimoviç İngiltərə yığmasının qapısına vurduğu möhtəşəm qol haqda danışıb.
AZXEBER.COM-un məlumatına görə, isveçli forvard vurduğu qoldan böyük zövq aldığını bildirib:
"Azarkeşlərin dəstəyinə qarşılıq verməli idim. Bunun üçün çalışırdım. Milli komanda üçün vurduğum bütün qollardan böyük alıram. Ancaqİngiltərə ilə oyunda vurduğumqolun karyeramda xüsusi yeri var. Qapıçının irəli çıxdığını gördüm və topa dərhal zərbə endirməyi qərara aldım.Şans və ya istedad idi, deyə bilmərəm. Nəticədə mükəmməl qol alındı. İngilislərdə belə bir xüsusiyyət var. Əgər onlarla oyunda qol vursanız, deməli yaxşı futbolçusan. Onlara qarşıfərqlənə bilməsən, o zaman yaxşı futbolçu sayılmırsan. Məncə, ingilislər artıq mənim qiymətimi anlayacaqlar".
Qeyd edək ki, İsveç - İngiltərə matçı 4:2 hesabı ilə meydan sahiblərinin xeyrinə başa çatıb.