“Artıq insanların hamısı kirayədə yaşamalı olacaq" - Deputatdan şok sözlər

“Artıq insanların hamısı kirayədə yaşamalı olacaq" - Deputatdan şok sözlər
SOSİAL
17:08 17.02.2026
847
"Artıq insanların hamısı kirayədə yaşamalı olacaq. Çünki indiki gəlirlərlə insanlar hətta 50 il işləsələr belə, ev sahibi ola bilməyəcəklər”.

AZXEBER.COM xəbər verir ki, bu sözləri Milli Məclisin deputatı Razi Nurullayev deyib. 

O bildirib ki, Azərbaycanda mənzil qiymətləri xeyli bahalaşıb:

"Türkiyə və digər ölkələrdə insanların kirayədə yaşadığını görəndə xalqımız fəxr edirdi ki, onlar öz evlərində yaşayırlar. Azərbaycanda mənzil qiymətləri xeyli bahalaşıb. Mənzil qiymətləri demək olar ki, Avropa səviyyəsinə çatıb”.

Deputat problemin həll yollarına da toxunub:

"İnsanları rayonlarda saxlamaq üçün orada mənzillər tikilməli, yeni iş yerləri yaradılmalı və müəyyən kommunal güzəştlər tətbiq edilməlidir. Rayonlarda sosial evlərin tikintisi sürətləndirilməli və daha əlverişli şərtlər təklif olunmalıdır ki, gənclər qazandıqları məvaciblə ev sahibi ola bilsinlər. Eyni zamanda, gənclərin bölgələrdə ev almasını motivasiya etmək məqsədilə dövlət səviyyəsində stimullaşdırıcı mexanizmlər yaradılmalıdır”.

Şahanə Ziyad
OXŞAR XƏBƏRLƏR