"Artıq mənim də pulum qurtarıb" - Rəqsanə

MAQAZİN
10:49 18.05.2020
1233
Artıq ərzaq bitir. Heç kimə zəng edib deyə bilmirəm ki, yardım etsinlər. Qayıdırlar ki, artıq etdik, bəsdir.

AZXEBER.COM axşam.az-a istinadən bildirir ki, bu sözləri müğənni Rəqsanə İsmayılova İnstaqram-da canlı yayımda izləyicilərin suallarını cavablandırarkən deyib. Sənətçi bildirib ki, toyların olmaması onu da maddi sıxıntıya salıb:

"Demişdim mayın 31-nə kimi yardım edəcəm. Amma çatdırmıram, çox çətindir. Yenə də bacardığım qədər kömək edəcəm. Toy yoxdur, artıq pulum qurtarıb. Mənim gəlirim də ancaq toydan olurdu. Yoldaşımın işi var, gəlir onundur. Sağ olsun, nə qədər istəyirəm yardım edir. İmkanı olan şəxslər də artıq yardım etmirsə, qınamayaq. Gərək ürəyi istəsin etsin. Deyəndə, qayıdırlar ki, bir yerə qədər".

OXŞAR XƏBƏRLƏR