‘Artıq ‘Qarabağ’la digər klublarımız arasında fərq nəzərə çarpır’ - Rövnəq Abdullayev

İDMAN
00:38 02.08.2013
1820

"Çox gözəl oyun izlədik. "Qarabağ"dan erkən qol gözləyirdik, ancaq bu alınmadı. Bununla belə,əsas komandanın qələbə qazanması idi".

Bu sözləri AFFA prezidenti Rövnəq Abdullayev "Qarabağ" - "Gefle" oyunundan sonra jurnalistlərə açıqlamasında deyib.

AFFA prezidenti "Qarabağ"ın növbəti mərhələyə keçəcəyinə inandığını bildirib: "Qarabağ"bu gün5 qol da vura bilərdi, amma komandamız bir qolla kifayətləndi. Qələbə münasibəti ilə bütün xalqımızı təbrik edirəm. Artıq "Qarabağ"la digər klublarımız arasında fərq nəzərə çarpır. Ağdam təmsilçisi digər klublarla müqayisədə Avropada daha yaxşı çıxış edir. İnanıram ki, "Qarabağ" İsveçdə daha yaxşı oynayacaq və növbəti mərhələyə yüksələcək.

Qeyd edək ki, Avropa Liqasının III təsnifat mərhələsinin ilk oyunu çərçivəsində doğma meydanda İsveçin "Gefle" klubu ilə qarşılaşan "Qarabağ" rəqibini 1:0 hesabı ilə məğlub edib.(qol.az)

OXŞAR XƏBƏRLƏR