"Mançester Siti" klubunun baş məşqçisi Roberto Mançini dünən axşam "Ayaks"la keçirilən görüş haqda fikirlərini bölüşüb.
AZXEBER.COM-un məlumatına görə, BBC-yə danışan italiyalı mütəxəssis artıq qrupdan çıxmaq şanslarının qalmadığını bildirib:
"Hakimlər oyunu çox pis idarə etdilər. Onlar təmiz qolumuzu qeydə almadılar. Həmin epizodda ofsayd yox idi. Ancaq hakimlər fərqli qərar qəbul etdilər. Artıq qrupdan çıxmaq şansımız yoxdur. Bununla belə, iki çətin oyunumuz var. Hansı ki, hər ikisində qələbə qazanmaq istəyirik".
Qeyd edək ki, dünən "Ayaks"la 2:2 bərabərə qalan "Mançester Siti" 2 xalla qrupda sonuncu pillədə qərarlaşıb.