"Təəssüflər olsun ki, bu gün səviyyəsiz populyarlıq daha çox baş alıb gedir".
AZXEBER.COM xəbər verir ki, bunu müğənni İradə İbrahimova "Gün ortası" verilişinə müsahibəsində deyib.
İllər sonra vətənə dönən və fəaliyyətini davam etdirən sənətçi, narazı qaldığı məqamlara toxunub:
"Artıq Bakıdayam. Sanki necə qoyub getmişəmsə, qayıdanda da eynisi ilə qarşılandım. O sevgi, o istək heç azalmayıb. Bəlkə də elə buna görə sənətimdəki dalğalanmanı çox da hiss etmədim. Mənə lazım olan tamaşaçı, dinləyici hamısı yerindədir. Sosial şəbəkələr səbibindən artıq populyarlıq iki şəkildə olur: - səviyyəli və səviyyəsiz. İndi təəssüflər olsun ki, sosial media səviyyəsiz populyarlığın önünü daha çox açır, o daha çox dəb olub, nəinki sənət göstərənlərin".
Aysel