05:09 Bazar Ertəsi, 14 Oktyabr 2019
İDMAN

“Artıq Ukraynada özümə ev almışam” - Qvardiola

15:26, 18.09.20194006
“Artıq Ukraynada özümə ev almışam” - Qvardiola
Xosep Qvardiola baş məşqçi kimi Ukraynanın "Şaxtyor" klubu ilə tez-tez qarşılaşmasına münasibət bildirib.

AZXEBER.COM qol.az-a istinadən xəbər verir ki, hazırda "Mançester Siti"ni çalışdıran Pep keçirdiyi mətbuat konfransında deyib ki, o, "Barselona" və "Bavariya"da işləyəndə də Donetsk təmsilçisi ilə oyunlar üçün Ukraynaya səfər edib: "Bu dəfə isə məşqçisi olduğum "Mançester Siti" "Şaxtyor"la qarşılaşır".

"Onlarla qarşılaşmaq sizi bezdirməyib ki" sualına Qvardiola gülərək belə cavab verib: "Mən artıq Ukraynada özümə ev almışam. Demək olar, hər mövsüm bura gəlirəm. Ukrayna xoşuma gəlir".

Xatırladaq ki, bu gün Çempionlar Liqasının qrup mərhələsində "Şaxtyor" Xarkov şəhərində "Mançester Siti" ilə qarşılaşacaq.

Oyun Bakı vaxtı ilə saat 23.00-da başlanacaq.

XƏBƏR LENTİ