Artur Terçanyan həbs edildi - Krım körpüsünü o partladıbmış...

Artur Terçanyan həbs edildi - Krım körpüsünü o partladıbmış...
DÜNYA
11:56 14.10.2022
667
Krım körpüsündə baş vermiş partlayışda şübhəli bilinən 5 nəfər, o cümlədən Ermənistan vətəndaşı Artur Terçanyan barəsində həbs qətimkan tədbiri seçilib.

AZXEBER/COM APA-ya istinadən bildirir ki, bu barədə "İzvestiya" məhkəmə qərarına əsasən məlumat yayıb.

O da əlavə olunub ki, həbs qətimkan tədbiri 8 dekabra kimi seçilib.

Xatırladaq ki, oktyabrın 8-i səhər saatlarında Krım körpüsünün avtomobil yolu keçən hissəsində yük avtomobilinin partlaması nəticəsində son məlumatlara görə 4 nəfər həlak olub. Terrorizm maddəsi ilə cinayət işi başlanılıb. Rusiya Federal Təhlükəsizlik Xidmətinin verdiyi məlumata görə partlayışdan sonra 8 nəfər şübhəli şəxs qismində saxlanılmışdı ki, aralarında Rusiya, Ukrayna və Ermənistan vətəndaşları var idi.
OXŞAR XƏBƏRLƏR