Türkiyədə yaşayan bir ailədə kişi həyat yoldaşını məhkəməyə verib. AZXEBER.COM-un Türkiyə mətbuatına istinadən verdiyi xəbərə görə, buna səbəb, evə sərxoş gələn qadının həyat yoldaşı və qızını döyməsi olub. 8 illik həyat yoldaşını məhkəməyə verən kişi, sübut olaraq gözünün altının bənövşəyi və burnu qan içində olan fotolarını məhkəməyə təqdim edib. Məhkəmə qadını 6 ay evdən uzaqlaşdıraraq cəzalandırıb.
Turxan