Arvadına gələn mesajı görəndə xəyanət etdiyini anladı - Qətl anı kameraya düşdü - VİDEO

Arvadına gələn mesajı görəndə xəyanət etdiyini anladı - Qətl anı kameraya düşdü - VİDEO
DÜNYA
20:35 26.04.2018
13410
Konyada arvadıyla görüşdüyünü öyrəndiyi Reşit Aydını işlətdiyi idman zalında bıçaqlayaraq öldürən Uğur K.-nın qətl anı təhlükəsizlik kamerasına düşüb. 
 
AZXEBER.COM Milli.Az-a istinadən xəbər verir ki, qatil hadisədən 15 dəqiqə sonra saxlanılıb. Şübhəli həmin şəxsi arvadı ilə görüşdüyü üçün öldürdüyünü etiraf edib. 

Uğur K. hərbi xidmətdə olarkən Reşit onun arvadı ilə tanış olub. Əsgərlikdən qayıtdıqdan sonra daşınmaz əmlak alqı-satqısına baxan Uğur K. arvadına gələn mesajı görəndə məsələni başa düşüb və Reşit Aydın ilə telefonda mübahisə edib. Görüşmək üçün Reşit Aydının iş yerinin yaxınlığına maşını ilə gedən Uğur K. iş yerinə daxil olaraq idman zalının sahibi Reşit Aydına hücum edərək, bıçaqlayıb.

OXŞAR XƏBƏRLƏR