Arvadına mesaj yazan kişinin kim olduğunu görəndə şoka düşdü

Arvadına mesaj yazan kişinin kim olduğunu görəndə şoka düşdü
DÜNYA
23:36 12.09.2018
4894
Türkiyənin Balıkesir vilayətində, ailəli xalası qızının mobil telefonuna mesaj göndərərək narahat etdiyi deyilən şəxs qadının əri və 2 xalası oğlu tərəfindən tapançayla başından vurularaq öldürülüb.

AZXEBER.COM Milli.Az-a istinadən xəbər verir ki, Nurettin T. (37) qadının ərigil tərəfindən yaşadıqları məhəllədəki köprünün üstünə çağırılıb. Görüşə razılıq verən Nurettin T. onu gözləyən qohumlarına yaxınlaşan kimi güllələnib.

Hadisə dünən saat 23.00 radələrində qeydə alınıb.

Nurettin T.-ni öldürən xalasının oğulları Kemal (37) və Ayhan U. (38) ilə bacılarının əri İsmail K. saxlanılıb. Polis Nurettin K.-ni 3 nəfərdən kimin öldürdüyünü dəqiqləşdirmək yönündə araşdırma aparır.
OXŞAR XƏBƏRLƏR