Arvadını 20 bıçaq zərbəsi ilə öldürən ər Gömrük Xidmətində çalışırmış - TƏFƏRRÜAT

Arvadını 20 bıçaq zərbəsi ilə öldürən ər Gömrük Xidmətində çalışırmış - TƏFƏRRÜAT
SOSİAL
22:31 07.10.2019
9671
Dünən gecə saatlarında Bakıda baş verən qətl hadisəsi müzakirələrə səbəb olub. Qadının 20 bıçaq zərbəsi ilə əri tərəfindən öldürülməsi sosial şəbəkə istifadəçiləri səbəblər axtarmağa başlayıblar.

AZXEBER.COM xəbər verir ki, Qafqazinfo-nun əməkdaşları bu gün həmin ailənin yaşadığı ünvanı əldə edib və orada olublar.

Biləcəri qəsəbəsində yerləşən 2 mərtəbəli köhnə tikilədə on illərdir yaşayan cütlük qonşuları tərəfindən sakit ailə kimi tanınıb. Jurnalistləri qarşılayan cavan oğlan qətldə təqsirləndirilən 33 yaşlı Nicat Abdullayevin uşaqlıq dostu olduğunu bildirib. O bildirib ki, ailə bu hadisədən çox sarsılıb və Nicatın şəkər xəstəsi olan anasının vəziyyəti ağırlaşıb. Bu gün bir neçə dəfə onların evinə təcili yardım çağırılıb və qadına tibbi yardım edilib. Bu səbəbdən ailə kənar şəxslərlə ünsiyyətə girmək istəmir və mətbuata hər hansı bir açıqlama vermək niyyətində deyillər. 

Məlumata görə, 27 yaşlı xanımı Leyla Abdullayevanı 20 bıçaq zərbəsi ilə öldürdüyü bildirilən Nicat Gömrük Xidmətinin əməkdaşıdır. Cütlüyün bu nikahdan 3 oğlan övladı olub, onlar hazırda azyaşlıdır. Gənc cütlük Nicatın atası Nazirin evində onlarla birgə yaşayıb. Qonşunun bildirdiyinə görə, Nicatın anası da gəlini ilə yaxşı münasibətdə olub və onlar heç vaxt səs-küylü, problemli ailə kimi tanınmayıblar. Bu vaxtda qədər də Nicat və Leyla arasında ayrılıq olmayıb.

Onun dindar, sakit təbiətli olduğu bildirilir. Qonşular Nicatın belə bir hadisə törətdiyinə inana bilmədiklərini deyirlər.  Nicatla Leylanın evliliyindən əvvəl də qohum olan qudalar Biləcəri qəsəbəsində "dağlı” kimi tanınırlar. Leylanın ailəsi isə Yasamal rayonunda yaşayır. Hadisə vaxtı da Nicat atası Nazirlə birgə Leylanı öz atasının evinə aparırmış.

Məlumata görə, Nicatın Leylanı öldürməsinə səbəb olan və hələ ki açıqlanmayan hadisə onların evində başlayıb və buna görə də Nicat Leylanı atasıgilə aparmaq qərarına gəlib. Yolda elə maşında mübahisələri böyüyüb və Nicat atası Nazirin yanında bıçaqla Leylanın qıçından bir zərbə vurub. Bu zaman özünü xilas etmək istəyən Leyla maşından düşərək qaçıb. Atası Nicatı tutaraq "dəymə, vurma” deyərək baş verə biləcək daha faciəvi hadisənin qarşısını almağa çalışıb. Lakin Nicat atasını itələyərək onun əlindən çıxıb və əlində bıçaqla Leylanın arxasıcca qaçıb. Ona çatanda isə növbəti 19 bıçaq zərbəsini Leylaya vurub və 3 oğul anası olan 27 yaşlı qadın orada dünyasını dəyişib.
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Azərbaycan millisi Avstriyaya qalib gəldi
12:23 11.10.2026
Azərbaycan millisi Avstriyaya qalib gəldi
Qazaxda Gürcüstan vətəndaşı olan 73 yaşlı TIR sürücüsünün meyiti tapılıb
12:20 11.10.2026
Qazaxda Gürcüstan vətəndaşı olan 73 yaşlı TIR sürücüsünün meyiti tapılıb
ŞAD XƏBƏR - Bu şəxslərə lotoreya ilə evlər veriləcək
11:50 11.10.2026
ŞAD XƏBƏR - Bu şəxslərə lotoreya ilə evlər veriləcək
"Azərbaycanda vahid məktəbli formasının tətbiqi təhsilalanların bərabərliyini müəyyən edir"
11:27 11.10.2026
"Azərbaycanda vahid məktəbli formasının tətbiqi təhsilalanların bərabərliyini müəyyən edir"
Ukrayna Rusiyanın strateji raket obyektinə zərbə endirib
11:23 11.10.2026
Ukrayna Rusiyanın strateji raket obyektinə zərbə endirib
“Yad düşüncələrdən uzaq durmalı və ideoloji təxribatlara qarşı mübarizə aparmalıyıq"
11:15 11.10.2026
“Yad düşüncələrdən uzaq durmalı və ideoloji təxribatlara qarşı mübarizə aparmalıyıq"
Yəməndə husilər yolları bağladı - xəstəxanaların fəaliyyəti dayana bilər
11:05 11.10.2026
Yəməndə husilər yolları bağladı - xəstəxanaların fəaliyyəti dayana bilər
Sumqayıtda 32 yaşlı kişi dəm qazından boğularaq öldü
10:40 11.10.2026
Sumqayıtda 32 yaşlı kişi dəm qazından boğularaq öldü
Azərbaycanda müğənni əməliyyatdan sonra öldü - Fotolar
10:17 11.10.2026
Azərbaycanda müğənni əməliyyatdan sonra öldü - Fotolar
Şəmkirdə 18 yaşlı oğlan bıçaqlandı - Qardaşı şübhəlidir
10:13 11.10.2026
Şəmkirdə 18 yaşlı oğlan bıçaqlandı - Qardaşı şübhəlidir
Azərbaycanlı gənc Polşada vəfat etdi
10:09 11.10.2026
Azərbaycanlı gənc Polşada vəfat etdi
Dneprdə PUA hücumu nəticəsində yaşayış binası və avtomobillər zədələndi
09:49 11.10.2026
Dneprdə PUA hücumu nəticəsində yaşayış binası və avtomobillər zədələndi
Azərbaycan millisi Bakıda cüdo üzrə dünya çempionatının son günündə Avstriya ilə qarşılaşacaq
09:40 11.10.2026
Azərbaycan millisi Bakıda cüdo üzrə dünya çempionatının son günündə Avstriya ilə qarşılaşacaq
"İşə getsən, səni öldürəcəyəm" dedi, arvadını baltaladı - Ağdamdakı dəhşətli cinayətin təfərrüatı
09:32 11.10.2026
"İşə getsən, səni öldürəcəyəm" dedi, arvadını baltaladı - Ağdamdakı dəhşətli cinayətin təfərrüatı
Premyer Liqa: “Qarabağ” “İmişli”yə, “Turan Tovuz” “Şəfa”ya qarşı
09:24 11.10.2026
Premyer Liqa: “Qarabağ” “İmişli”yə, “Turan Tovuz” “Şəfa”ya qarşı
Tramp İranı “çox pis ölkə” adlandırıb
09:20 11.10.2026
Tramp İranı “çox pis ölkə” adlandırıb