Dekabrın 14-ü həyat yoldaşını bıçaqlayan və sonra hadisə yerindən uzaqlaşan Gəncə sakini polis tərəfindən saxlanılıb.
AZXEBER.COM "qafqazinfo"ya istinadən xəbər verir ki, hadisəni törədən 1978-ci il təvəllüdlü Zaur Süleymanov hüquq-mühafizə orqanı əməkdaşları tərəfindən tutularaq istintaqa cəlb edilib.
Qeyd edək ki, o, mübahisə zəminində həyat yoldaşı 1980-ci il təvəllüdlü Süleymanova Aytən Məmməd qızına bıçaqla çoxsaylı xəsarətlər yetirməkdə təqsirli bilinir.
Faktla bağlı cinayət işi başlanılıb, istintaq tədbirləri aparılır.