Hindistan məhkəməsi arvadını dərisinin rənginə görə diri-diri yandıraraq qətl edən şəxsi ölüm cəzasına məhkum edib.
AZXEBER.COM xarici mətbuata istinadən xəbər verir ki, hakim hadisənin nadir hallardan biri olduğunu deyərək bunun "insanlığa qarşı cinayət" adlandırıb.
Təqsirləndirilən şəxsin vəkili müdafiə etdiyi şəxsin günahsız olduğunu və hökmün apelyasiya şikayəti əsasında ləğv ediləcəyini müdafiə edib.
Qeyd edək ki, ər xanımının rəngini bəyənmədiyi üçün onun bədəninə qəhvəyi rəngli maye vurub. Qadın mayenin turşu qoxusundan şübhələnəndə, əri buxur çubuğu ilə onu yandırıb. Bildirilib ki, onun bədəni yanmağa başlayanda əri qalan mayeni onun üzərinə tökərək qaçıb. Lakşmi ailəsi tərəfindən xəstəxanaya çatdırılsa da, dünyasını dəyişib.
Aysel