Arvadını döyən məşhur iş adamının dəhşətli ölümü – Övladları üstünə benzin töküb yandırdılar (VİDEO)

Arvadını döyən məşhur iş adamının dəhşətli ölümü – Övladları üstünə benzin töküb yandırdılar (VİDEO)
DÜNYA
15:16 26.04.2018
7250

İş adamı 2 oğlu və həyat yoldaşı tərəfindən yandırılaraq öldürülüb.


AZXEBER.COM Türkiyə mediasına istinadən bildirir ki, sözügedən hadisə Türkiyədə baş verib. Belə ki, ata Murat Öğütə oğulları tərəfindən dərman verilib, dərman təsir etməyincə isə əvvəl başına güldanla vurulub, daha sonra yastıqla boğulub.

 

Cəsədi tələf etmək istəyən 2 qardaş atasının dostuna zəng edərək, cəsədi meşəyə aparıblar. Bundan sonra onlar M.Örgütün üzərinə benzin tökərək yandırıblar.

 

İstintaq zamanı qardaşların nə az, nə çox 25 dəqiqə boyunca atalarının cəsədinin yanmağını izlədikləri ortaya çıxıb. Cinayət polisin axtarışı nəticəsində aydınlaşıb. Polisə ifadə verən qardaşlar " O, anamıza əzab verirdi, döyürdü, söyürdü. Biz artıq buna dözə bilməzdik" deyə bildiriblər.

 

Qeyd edək ki, Murat Öğüt Türkiyənin zəngin iş adamlarından biri olub.

 

Leyla Rəhimli



OXŞAR XƏBƏRLƏR