Arvadını evə qaytara bilmədi, şərikini bıçaqladı

Arvadını evə qaytara bilmədi, şərikini bıçaqladı
SOSİAL
15:57 10.02.2017
1035

 

Deyilənlərə görə, hər bir ailənin öz mövcudluğunu qoruyub saxlaması qarşılıqlı hörmətin, inamın və səmimiyyətin olmasından irəli gəlir. Bunlar olmadıqda ər-arvad arasında söz-söhbət, münaqişə yaranır. Bu cür ailədə yaşamaq hər iki tərəf üçün çətinlik törətsə də, ən çox əziyyət çəkən uşaqlar və yeniyetmələr olur.

Bakı Ağır Cinayətlər Məhkəməsində 47 yaşlı Qazax rayon sakini Natiq Məmmədovun cinayət işi üzrə məhkəmə prosesi yekunlaşıb.

Prosesə hakim Rauf Əliyev sədrlik edib.

İstintaq yolu ilə müəyyən edilib ki, Natiq Məmmədov 23 dekabr 2015-ci ildə axşam saatlarında təsadüfən keçmiş biznes şəriki Mübariz Abdullayevlə rastlaşıb. M.Abdullayevin onun ailə işlərinə müdaxilə etməsinə irad bildirən N.Məmmədov əlindəki kəsici alətlə onun sifətinə zərbə endirib.

Törətdiyi cinayət əməlinə görə N.Məmmədova qarşı Cinayət Məcəlləsinin 126.1-ci maddəsi ilə ittiham irəli sürülüb.

Özü getsə də, arvadı kafeni tərk etmək istəmədi

Təqsirləndirilən şəxs qismində dindirilən N.Məmmədov ona elan olunmuş ittihamla özünü qismən təqsirli bilib. O, ifadəsində 2011-ci ildən Mübariz Abdullayevlə birlikdə şərikli kafe işlətdiklərini, eyni zamanda, həyat yoldaşı Vüsalə Xiyalovanın da həmin kafedə aşpaz kimi çalışdığını göstərib. Sonradan kafenin gəliri ilə bağlı problemlər yarandığından, şəriklər ortaqlığa son qoyub. Amma N.Məmmədovdan fərqli olaraq, Mübariz kafeni işlətməyə davam edib. Üstəlik, şərikinin həyat yoldaşı da kafeni tərk etməyib. Bundan sonra N.Məmmədov dəfələrlə arvadını işdən çıxarmaq istəsə də, buna nail olmayıb.

"Vüsaləni hər şeyin qaydasına düşəcəyinə inandırır, işdən çıxmağa qoymurdu. Bununla bağlı Mübarizlə aramızda dəfələrlə mübahisələr olmuşdu. Ona ailə işlərimə qarışmamağı tapşırmışdım. Mübariz isə mənə köməklik etmək istədiyini deyirdi", - müttəhim söyləyib.

 

Şəriki oğlunu evindən apardı

Yaranmış vəziyyət ər-arvad arasındakı heç də ürəkaçan olmayan münasibətləri daha da gərginləşdirib. Hətta iş o yerə çatıb ki, ailə başçısı böyük oğlunun anası ilə görüşməsinə belə icazə verməyib. Həmin ərəfədə Mübarizin tanışlarından iki nəfər N.Məmmədovun evinə gedib, onun icazə verməməsinə rəğmən oğlunu anasının yanına aparıblar. Bundan hiddətlənən N.Məmmədov keçmiş şərikinə zəng vurub niyə belə hərəkət etdiyini soruşub: "Mübarizə dedim ki, bir gün bunun cavabını verəcəksən. Hadisə baş verən gün dəmiryol vağzalında rastlaşdıq. Kiçik oğlum onun yanındaydı. Mübarizi qırağa çəkib soruşdum ki, oğlumun sənin yanında nə işi var? Mübariz "yaxşı edirəm, sən kimsən?" deyə cavab verdi. Onu bir qədər kənara çəkib mübahisə etdim, əlbəyaxa olduq. Sellofan torbada oboy kəsmək üçün istifadə edilən bıçaqla onun sifətindən vurdum və qaçıb getdim".

Zərərçəkmiş şəxs qismində dindirilən Mübariz Abdullayev ifadəsində göstərib ki, Natiq Məmmədovla maddi məsələlərlə bağlı mübahisələri yarandığına görə şərikliyə son qoyub: "Arvadı kafedə qalıb işləyirdi. Natiq zəng vurub deyirdi ki, arvadım o kafedə işləməyəcək. Dəfələrlə telefonda mübahisə edir, hətta məni öldürəcəyi ilə hədələyirdi. Hadisə baş verən gün Natiqin kiçik oğlu ilə birlikdə Ağstafaya yük göndərməyə gedərkən rastlaşdıq. Natiq nə üçün oğlu ilə birlikdə olduğumu soruşdu. Dedim ki, oğluna kömək edirdim, qardaşlarına yemək göndərirdi, yükü ağır idi. Məni kənara çəkib bıçaqla üz nahiyəmdən vurdu, sifətimdən qan axmağa başladı. Şahini anasının yanına yola salıb özüm xəstəxanaya getdim. Natiqlə barışmışam. Ona qarşı heç bir tələbim və şikayətim yoxdur".

Vüsalə məhkəmədə nə dedi?

Şahid qismində dindirilən Vüsalə Xiyalova ifadəsində əri və onun şəriki Mübarizlə icarəyə götürdükləri "Məxməri" kafesində aşpaz işlədiyini, həmin ərəfələrdə Natiqlə münasibətlərinin yaxşı olmadığını göstərib: "Natiq böyük oğlumla ayrı, mən də kiçik oğlumla ayrı yaşayırdım. Ərimin Mübarizi vurduğunu sonradan öyrənmişəm".

Məhkəmənin hökmü ilə N.Məmmədov 4 il müddətinə azadlıqdan məhrum edilib.

/// virtualaz.org
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Zelenski: Əsir mübadiləsinin üçüncü mərhələsi mayın 25-də baş tutacaq
23:40 24.05.2025
Zelenski: Əsir mübadiləsinin üçüncü mərhələsi mayın 25-də baş tutacaq
Bakıda təşkil olunan minifutbol üzrə dünya çempionatında dördüncü günün yekunu
23:30 24.05.2025
Bakıda təşkil olunan minifutbol üzrə dünya çempionatında dördüncü günün yekunu
Azərbaycan əsilli İran rejissoru "Qızıl Palma budağı"na layiq görülüb
23:08 24.05.2025
Azərbaycan əsilli İran rejissoru "Qızıl Palma budağı"na layiq görülüb
Fransada elektrik şəbəkəsinin təxribatı ilə bağlı təhqiqat başlayıb
22:47 24.05.2025
Fransada elektrik şəbəkəsinin təxribatı ilə bağlı təhqiqat başlayıb
Zabrat 2 - Sabunçu sahəsində qatarın qarşısına qəfil çıxan şəxs xəsarət alıb
22:23 24.05.2025
Zabrat 2 - Sabunçu sahəsində qatarın qarşısına qəfil çıxan şəxs xəsarət alıb
Azərbaycanda DƏHŞƏT: Veteran oğlu ölən anaya İŞGƏNCƏ VERİLDİ
22:15 24.05.2025
Azərbaycanda DƏHŞƏT: Veteran oğlu ölən anaya İŞGƏNCƏ VERİLDİ
Ermənistanda onlarla vəzifəli şəxs barədə cinayət işləri məhkəməyə göndərilib
21:52 24.05.2025
Ermənistanda onlarla vəzifəli şəxs barədə cinayət işləri məhkəməyə göndərilib
Premyer Liqa: "Sabah" mövsümdəki son oyununda "Neftçi"yə qalib gəlib
21:27 24.05.2025
Premyer Liqa: "Sabah" mövsümdəki son oyununda "Neftçi"yə qalib gəlib
Ermənistanda dövlət xidmətinin əməkdaşı 590 min dollar oğurluğuna görə həbs edilib
20:59 24.05.2025
Ermənistanda dövlət xidmətinin əməkdaşı 590 min dollar oğurluğuna görə həbs edilib
"Krasnodar" futbol klubu ilk dəfə Rusiya çempionu olub
20:47 24.05.2025
"Krasnodar" futbol klubu ilk dəfə Rusiya çempionu olub
Şuşada “Xarıbülbül” Beynəlxalq Musiqi Festivalının açılışı olub
20:34 24.05.2025
Şuşada “Xarıbülbül” Beynəlxalq Musiqi Festivalının açılışı olub
Arda Turan baş məşqçisi olduğu klubdan ayrılıb
20:21 24.05.2025
Arda Turan baş məşqçisi olduğu klubdan ayrılıb
Bu şəxslər pensiyaya tez çıxacaq - ŞƏRTLƏR...
20:09 24.05.2025
Bu şəxslər pensiyaya tez çıxacaq - ŞƏRTLƏR...
Rusiya Ukraynaya atəşkəs memorandumu təqdim edəcək
19:54 24.05.2025
Rusiya Ukraynaya atəşkəs memorandumu təqdim edəcək
Ceyhun Bayramov pakistanlı həmkarı ilə Şahbaz Şərifin Azərbaycana səfərini müzakirə edib
19:49 24.05.2025
Ceyhun Bayramov pakistanlı həmkarı ilə Şahbaz Şərifin Azərbaycana səfərini müzakirə edib
Dünya çempionatı: İspaniya Serbiya ilə bacarmadı
19:37 24.05.2025
Dünya çempionatı: İspaniya Serbiya ilə bacarmadı