Bu gün Samux rayonunda çayda meyiti tapılan şəxsin kimliyi məlum olub.
AZXEBER.COM apa-ya istinadən xəbər verir ki, onun Kəlbəcər rayonundan olan məcburi köçkün, 1967-ci il təvəllüdlü, Göygöl rayonunda məskunlaşan Ələsgərov Firudin Əlif oğlu olduğu bildirilir.
F. Ələsgərov bu il mayın 10-da 1973-cü il təvəllüdlü arvadı Laləzar Abdullayevanı öldürərək qaçıb və o zamandan axtarışda olub.