Arvadını öldürməkdə təqsirləndirilən şəxs: "Onun başqası ilə yazışmasını gördüm"

SOSİAL
13:33 25.01.2023
941
Bakıda həyat yoldaşını qətlə yetirməkdə təqsirləndirilən Vüsal Bayramovun cinayət işi üzrə məhkəmənin baxı iclası keçirilib.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Məhəmməd Əkbərovun sədrliyi ilə keçirilən prosesdə prokuror ittiham aktını elan edib.

V.Bayramov elan olunmuş ittiham üzrə özünü qismən təqsirli bilib. O deyib ki, həyat yoldaşı Ayşə Bayramovanı öldürmək niyyətində olmayıb:

"Əvvəllər ailəli olmuşam. İlk evliliyimdən 2 uşağım var. Ayşə ilə Nərimanovda geyim mağazasında tanış oldum. Mütəmadi olaraq münasibətlərimiz davam etdi və ailəm bundan xəbər tutdu, ilk həyat yoldaşımdan boşandım. Daha sonra Ayşə ilə rəsmi nikaha daxil oldum. Mərhumla 6 il evli oldum və 1 uşağımız dünyaya gəldi.

Mən geyim mağazasında çalışırdım. İşimlə bağlı evi satası oldum, Ayşəni isə nənəsigilə apardım. Bundan sonra aramızda soyuq münasibətlər yaranmağa başladı. O, açıq-saçıq geyimlər geyinməyə başladı. Mən nənəsinə zəng edəndə bildirdi ki, Ayşə tez-tez gecəyari evdən çıxıb səhərə yaxın qayıdır. Nəhayət sonuncu dəfə onun telefonda başqasıyla danışıb, yazışmasını gördüm. Soruşanda isə özünə haqq qazandırmağa çalışırdı. Övladım isə digər otaqda idi. Ayşənin saçından tutanda məni təhqir etdi. Onun sözlərindən hiddətləndim, sonra bıçaqla arvadımın ürək nahiyəsindən zərbələr endirdim. Onu bıçaqlayandan sonra sanki ayıldım".

Məhkəmənin növbəti iclası fevralın 1-nə təyin edilib.

Qeyd edək ki, hadisə ötən ilin sentyabrında paytaxtın Nizami rayonu, M.Şərifli küçəsində qeydə alınıb.

Belə ki, 1989-cu il təvəllüdlü V.Bayramov şəxsi münasibətlər zəminində aralarında yaranmış münaqişə zamanı həyat yoldaşı, 1995-ci il təvəllüdlü A.Bayramovanı öldürməkdə şübhəli bilinir.

V.Bayramova qarşı Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə ittiham olunub.
 
///Report

OXŞAR XƏBƏRLƏR

ƏN SON XƏBƏRLƏR

00:34 07.02.2025

Hacıqabulda qatarda yanğın - 4 nəfər tüstüdən zəhərləndi

00:31 07.02.2025

"Real Madrid"in cəzalandırılması tələb edilir

00:27 07.02.2025

“”Beşiktaş” karyeramda xüsusi yeri olan klubdur”

23:45 06.02.2025

“İran nüvə silahına can atmır” - Pezeşkian

23:23 06.02.2025

Ağır insult keçirən şəxs əlillik dərəcəsi ala bilmir - VİDEO

23:13 06.02.2025

Harutyunyan məhkəmədə Paşinyanın yalanını ifşa etdi

22:57 06.02.2025

Məktəbdə şagirdə naməlum kağız və nömrə verildi - DİN işə qarışdı - FOTOLAR

22:40 06.02.2025

Azərbaycanlı gənc Yunanıstanda niyə həbs edilib? - AÇIQLAMA - VİDEO

22:27 06.02.2025

Dövlət ittihamçısı: Azərbaycan xalqına qarşı cinayətlər qəddarlıqla və amansızlıqla törədilib

22:16 06.02.2025

Davit Babayan saxlanma şəraiti barədə: Burada bizə qarşı heç bir təzyiq olmayıb

22:03 06.02.2025

Diplomları soruşulanda dilləri topuq vuran saxta həkim və kosmetoloqlar - ARAŞDIRMA - VİDEO

21:46 06.02.2025

Gəncədə məktəbli siqaret çəkdi: Təhqiramiz ifadələr işlətdi

21:26 06.02.2025

Küləyin sürəti güclənib, yağış yağır - FAKTİKİ HAVA

21:18 06.02.2025

Hərbi cinayətlərdə təqsirləndirilən erməniəsilli şəxslərin məhkəmə prosesi davam edir

20:48 06.02.2025

Hindistanda təyyarə təlim uçuşu zamanı qəzaya uğrayıb

20:36 06.02.2025

Fransada hərbi xərclər 3,3 milyard avro artırılacaq