Türkiyənin Kilis bölgəsində həyat yoldaşı və 3 uşağını boğaraq öldürən şəxs cinayəti törətdikdən sonra öz həyatına son qoyub.
AZXEBER.COM Türkiyə mediasına istinadən xəbər verir ki, xəbərin ardından evə gələn polis qrupları 5 nəfərlik Kuvara ailəsinin cansız cəsədini tapıb.
Araşdırma zamanı Suriya əsilli Yusuf Kuvaranın həyat yoldaşı Merveni və 8, 6 və 5 yaşlı 3 uşağını naməlum səbəbdən boğaraq öldürdüyü müəyyən edilib.
Hadisəni törətdikdən sonra isə intihar edib.
Meyitlərə baxış keçirildikdən sonra cəsədlər meyitxanaya aparılıb.
Hadisə ilə bağlı araşdırma aparılır.
Oksana