Arvadının boğazını kəsən ər ölkədən qaçmaq istəyərkən tutuldu

Arvadının boğazını kəsən ər ölkədən qaçmaq istəyərkən tutuldu
SOSİAL
10:35 20.12.2017
1220

Bakıda həyat yoldaşını qətlə yetirən şəxs ölkədən qaçmaq istəyərkən saxlanılıb.

AZXEBER.COM Report-a istinadən xəbər verir ki, Binəqədi rayonunda yaşayan 1965-ci il təvəllüdlü Rasim Qara oğlu Çəltikov ailə münaqişəsi zəminində həyat yoldaşı, 1967-ci il təvəllüdlü Arifə Həsən qızı Çəltikovanın boğazını kəsərək onu qətlə yetirib.

Daha sonra R.Çəltikov hadisə yerindən qaçaraq ölkəni tərk etmək istəyib. Lakin o, hüquq-mühafizə orqanları əməkdaşları tərəfindən Qusar rayon "Yalama" Keçid məntəqəsində Rusiya Federasiyasına qaçmaq istəyərkən saxlanılıb.

Faktla bağlı Binəqədi rayon Prokurorluğunda cinayət işi açılıb, araşdırma aparılır.

OXŞAR XƏBƏRLƏR