Arvadının ölümündən 45 gün sonra 14 yaşlı baldızıyla yoxa çıxdı

Arvadının ölümündən 45 gün sonra 14 yaşlı baldızıyla yoxa çıxdı
DÜNYA
16:45 01.09.2016
8700
Türkiyədə daha bir ilginc olay yaşanıb.
 Diyarbəkirdə 24 yaşlı A.Y.-nin tapançayla özünü vuraraq intihar etməsindən 45 gün sonra ər N.Y. 14 yaşlı baldızı ilə birgə yoxa çıxıb.
İntihar edən A.Y.-nin anası polisə ifadəsində qızının intihar etdiyinə inanmadığını, bu ölümdə azyaşlı qızı ilə yoxa çıxan N.Y.-nin əli olduğunu iddia edib.
Tibbi ekspertiza açıqlamasında bunun intihar olmadığı qənaətində olduğunu bildirib.
Yoxa çıxan N.Y. və 14 yaşlı qızcığazın axtarışı yönündə istintaq əməliyyatı gücləndirilib.
///Milli.Az 
OXŞAR XƏBƏRLƏR