Arvadının məşuqunu bir zərbə ilə öldürdü - VİDEO

DÜNYA
12:38 18.12.2013
2890
İngiltərənin Qərbi Yorkşir qraflığında 41 yaşlı Metyu Uelfordun məhkəməsi başa çatıb. O, 44 yaşlı Aleksandr Fryunu qətlə yetirməkdə suçlanır.
Hakimin qərarı ilə M.Uelford "təsadüfən adam öldürməkdə" ittiham edilərək 3,5 il müddətinə azadlıqdan məhrum olunub.
M.Uelford bildirib ki, Fryu ilə mübahisəsinə səbəb ailə məsələsi olub.
"Bu adam arvadımla görüşürdü. Onun arvadımın məşuqu olduğunu bildim və Fryu ilə görüşərək ondan arvadımdan əl çəkməsini istədim. Aleksandra dedim ki, arvadımdan uzaq dursun, cinsi əlaqələr üçün başqa qadın axtarsın, arvadım tərəfə gözünün ucu ilə də baxmasın. O isə məni ələ salmağa, gülməyə, təhqir etməyə başladı. Məni "sadəlövh buynuzlu" adlandırdı, "Arvadın sənə xəyanət edirsə, deməli, layiqsən" söylədi. Bu sözlərə dözə bilmədim və ona yumruq atdım", - Metyu Uelford bildirib.
Hadisə iyunun 4-də Qərbi Yorkşirdəki "Garforth Country Club"un avtomobil dayanacağında baş verib.
2 övlad atası Metyu Uelfordun solaxay yumruq zərbəsi Aleksandr Fryu üçün ölümcül olub.
Zərbədən yerə yıxılan Fryunun başı səki daşına dəyib və o, çox ağır kəllə-beyin travması alıb.
Xəstəxanaya aparılmış A.Fryu həkimlərin bütün səylərinə rəğmən bir həftə sonra keçinib.
Uelfordun arvadı Sara LidsKral Məhkəməsində verdiyi ifadəsində bildirib ki, gerçəkdən də Aleksandr Fryu ilə görüşürmüş.(milli.az)

OXŞAR XƏBƏRLƏR