Arvadının qulağını kəsən şəxsdən yeni - XƏBƏR

Arvadının qulağını kəsən şəxsdən yeni -  XƏBƏR
Bütün Xəbərlər
13:00 02.04.2014
1269
Şirvan Apellyasiya Məhkəməsində həyat yoldaşına dəhşətli işgəncələr verməkdə təqsirləndirilən şəxsin apellyasiya məhkəməsi başlayıb
Bu gün Astara rayon Məhkəməsində həyat yoldaşına dəhşətli işgəncələr verməkdə təqsirləndirilən rayonun Kələdəhnə kənd sakini Çingiz Abdulla oğlu Mehdiyevin apellyasiya şikayəti əsasında məhkəmənin ilkin baxış iclası keçirilib.
Çingiz Mehdiyevin vəkili Natiq Əsədovin ANS PRESS-in bölgə müxbirinə verdiyi məlumata görə, prosesdə təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib.
“Apellyasiya məhkəmənin baxış iclası aprelin 11-nə təyin edilib. Hələlik bu barədə nəsə demək tezdir. Ümid edirik ki, ədalət bərqərar olacaq”. – deyə Natiq Əsədov vurğulayıb.
Qeyd edək ki, Çingiz Mehdiyev 9 il öncə ailə həyatı qurduğu 28 yaşlı həyat yoldaşı Nisə Xəlilovaya qarşı zor tətbiq etməkdə, onun əl-qolunu bağlayaraq işgəncələr verməkdə, müxtəlif bədən xəsarətləri yetirməkdə təqsirləndirilir.
Astara Rayon Məhkəməsinin hökmü ilə N. Mehdiyev 6 il müddətinə azadlıqdan məhrum edilib.
OXŞAR XƏBƏRLƏR