Arxda boğulan 16 yaşlı yeniyetmənin meyiti tapıldı - FOTO

Arxda boğulan 16 yaşlı yeniyetmənin meyiti tapıldı - FOTO
SOSİAL
10:25 30.06.2022
189
Göyçay rayonunun Bığır kəndində suda boğulan yeniyetmənin meyiti tapılıb.

AZXEBER.COM Qafqazinfo-ya istinadla xəbər verir ki, kənd sakini 16 yaşlı Əlibala Qurbanov Qızılağac kəndi ərazisindəki su arxında dostları ilə birgə çimərkən ehtiyatsızlıqdan boğulub.

Dostları yeniyetməni xilas etməyə çalışsalar da, buna nail ola bilməyiblər.

Əraziyə gələn polis əməkdaşları yeniyetmənin cəsədini sudan çıxararaq ailəsinə təhvil veriblər.

Faktla bağlı Göyçay Rayon Prokurorluğu tərəfindən araşdırma aparılır.
 

 

 


OXŞAR XƏBƏRLƏR