"Arxeoloji düşərgə 3" "Gənclər Paytaxtı" Gəncə şəhərində

GƏNCLİK
19:14 16.08.2012
1558
Mərkəzin üzvü olan 20 nəfər gənc tarix elmləri doktoru, professor görkəmlik arxeoloq Arif Məmmədovun rəhbərliyi altında Qədim Gəncə şəhərinin qalıqları ərazisində aparılan arxeoloji qazıntılarda iştirak edirlər.

4 gün ərzində gənclər Qədim Gəncə adlandırılan ərazidə (İmamzadə Məscidi yaxınlığında), həmçinin Kür çayının Mingəçevir gölünə töküldüyüŞəhər burnunda qazıntılar aparırlar. Şəhər burnunda aparılan qazıntılar sayəsində müəyyən olunmuşdur ki, Kür çayı gəmiçiliyə yararlı olduğu vaxtlarda bunu gəmilərin sahilə yan almasını təmin edən buxtlar, yüklərin saxlanılması üçün anbarların, müsafirlərin yerləşdirilməsi üçün hücrələrin, sənətkarlıq məhəllələrinin aşkar olunması sübut edir. Tapılan pullar isə xarici ölkələr ilə aparılan fəal ticarətin olmasını göstərir. Həmçinin yaşayış ərazisindən mis pullar, çıraqlar, keramika, saxsı qablar tapılıb.

Qeyd edək ki, Gəncə şəhərində aparılan arxeoloji qazıntılar avqust ayının 22-nə kimi davam edəcək. Layihənin növbəti mərhələsi Ağsu rayonunda baş tutacaq.

Xatırladaq ki, “Arxeoloji düşərgə” layihəsi 2009-cu ildən həyata keçirilir. 2009-cu ildə Ordubad, Goranboy və Ağcabədi, 2011-ci ildə Qəbələ və Şəmkir rayonlarında aparılan arxeoloji qazıntılarda ümumilikdə 100 nəfər gənc iştirak edib.

Layihənin başlıca məqsədi arxeoloji düşərgələr təşkil etməklə, Azərbaycanın tarixi yerlərini tədqiq edərək öyrənmək, arxeologiya elminə gənclər arasında maraq oyatmaq, gənclərin asudə vaxtlarını səmərəli təşkil etməkdir.

OXŞAR XƏBƏRLƏR