AŞ-nin komissarı işgəncə verilmiş Azərbaycan əsgərinin fotosunun yayılmasını vəhşilik adlandırıb

AŞ-nin komissarı işgəncə verilmiş Azərbaycan əsgərinin fotosunun yayılmasını vəhşilik adlandırıb
DÜNYA
23:45 24.04.2023
229

Avropa Şurasının İnsan Hüquqları üzrə Komissarı Dunya Miyatoviç işgəncələrə məruz qalmış azərbaycanlı əsgərin fotosunun sosial şəbəkələrdə yayılmasını vəhşilik adlandırıb.

AZXEBER.COM report-a istinadən bildirir ki, bu fikirləri o, Avropa Şurasının yaz sessiyası zamanı söyləyib.

"İşgəncələrə məruz qalmış azərbaycanlı əsgərin fotosunun sosial şəbəkələrdə yaymaq vəhşilikdir”, - o qeyd edib.

Komissar azərbaycanlıların yalnız son müharibə zamanı deyil, bundan əvvəlki dövrlərdə də işgəncələrə məruz qaldığını xatırladıb.

"Azərbaycanlı əsgərin adının çəkilərək işgəncələrə məruz qalmış şəkildə sosial şəbəkələrdə şəklini yaymaq onun və ailəsinin ləyaqətini alçaltmaqdır” - o vurğulayıb.

OXŞAR XƏBƏRLƏR