ASA-da 2 günlük pulsuz aktyorluq təlimi keçiriləcək

MARAQLI
23:34 01.01.2012
1848

“Azərbaycan Tədris Akademiyası”nda 2 günlük pulsuz treninq təşkil ediləcək.

Akademiyanın mətbuat xidmətindən AZXEBER.COM-a verilən məlumata görə, yalnız 2 gün,07.01-08.01.2012 tarixlərində, “Azər Cəfərin yaradıcılıq studiyası”nda pulsuz aktyorluq dərsləri keçiriləcək. Burada aktyorluğun incə məqamları haqqında peşəkar söhbət,kamera qarşısında ilk təcrübə,tam təmənnasız məsləhətlər,pulsuz fotosessiyalar olacaq.

Qeyd edək ki, Azərbaycan Tədris Akademiyasında (Azerbaijan Study Academy) 4 istiqamət üzrə (Media, menecment, yaradıcılıq və psixologiya) peşəkar təlimlər keçirilir. 

Əlaqə:

[email protected]/* */

(99412)562 3639 (070) 399 36 39

https://www.asa.edu.az/

OXŞAR XƏBƏRLƏR