ASAIF Beynəlxalq Tələbə Sammitində təmsil olunub

GƏNCLİK
14:28 19.11.2013
1222

İndoneziyanın Bandunq şəhərində ölkənin ən qabaqcıl 32 universitetində dövlət təqaüdü ilə magistratura təhsilini davam etdirən Beynəlxalq Tələbələrin 2-ci sammiti keçirilib.

AZXEBER.COM xəbər verir ki, sammit bütün qitələrdən 77 ölkəni təmsil edən xarici tələbələrin iştirakı ilə baş tutub.Sammitin əsas məqsədi beynəlxalq tələbələrin əhalisinə görə dünyada Çin, Hindistan, ABŞ-dan sonra 4-cü yerdə olan və 300 milyondan çox insanın ana dili və İndoneziya, Malayziya, Sinqapur, Bruney kimi bir neçə ölkənin rəsmi dili sayılan İndoneziya dili bacarıqlarını yoxlamaq olub. Bunun üçün İndoneziyanın ən qabaqcıl 32 universitetində dövlət təqaüdü ilə təhsil alan 150-dən çox beynəlxalq tələbələr İndoneziya dili üzrə yarışa qatılmaq üçün dəvət ediliblər.Yarış xarici tələbələrin dil və intellektuallıq səviyyəsini yoxlamaq üçün müxtəlif mövzuları əhatə edən debatlar şəklində təşkil olunub. Digər məqsəd isə İndoneziyada dövlət təqaüdü ilə təhsil alan 800-dən çox beynəlxalq tələbəni birləşdirən İndoneziyanın Beynəlxalq Tələbə Assosiasiyasına prezident seçkiləri keçirmək olub. Tədbirlərə İndoneziyanın Təhsil Nazirliyi və digər dövlət qurumlarından nümayəndələr də qatılıb. İndoneziya dilində 32 universiteti təmsil edən beynəlxalq tələbələr arasında debat yarışmasında İndoneziyanın Azərbaycandan dövlət təqaüdçüsü Elmar İskəndərovun rəhbərlik etdiyi komanda bütün rəqiblərinə qalib gələrək 1-ci yeri tutub.Debat yarışmalarından sonra İndoneziyanın Beynəlxalq Tələbə Assosiasiyasına keçirilən prezident seçkilərində İndoneziyada dövlət təqaüdü ilə beynəlxalq münasibətlər fakültəsində magistratura təhsilini davam etdirən Elmar İskəndərov təşkilata vitse-prezident seçilib.

OXŞAR XƏBƏRLƏR