ASAIF Pakistan səfiri ilə görüşdü

GƏNCLİK
16:05 05.12.2012
1376
4 dekabr 2012-ci il tarixində ASAIF (Xaricdə Təhsil Alan və Məzun Olmuş Azərbaycanlı Gənclərin Beynəlxalq Forumu) nümayəndələrinin Pakistanın Azərbaycandakı səfiri cənab İnayatullah Kakar ilə rəsmi görüşü baş tutub.
AZXEBER.COM-un məlumatına görə, görüşdə ASAIF-in baş katibi Vüsal Qurbanov, ASAIF-in idarə heyyətinin üzvü Fatimə İbrahimli və Beynəlxalq Əlaqələr üzrə katib Aynur Məmmədova iştirak etmişlər.
İlk öncə səfirə ASAIF haqqında qısa məlumat verilmiş, daha sonra gələcək əməkdaşlıq imkanları barədə söz açılıb.
Təşkilatın fəaliyyəti ilə yaxından maraqlanan cənab səfir Azərbaycanla Pakistanın tarixi dostluq münasibətlərindən söz açmış və bu münasibətlərin gələcək inkişafında tələbələrin rolunun mühüm olduğunu bildirib.
Cənab səfir Azərbaycanda kifayət qədər pakistanlı tələbələrin olmasına baxmayaraq, Pakistanda azərbaycanlı tələbələrin olmamasından təəssüffləndiyini bildirirək bu istiqamətdə məqsədyönlü iş görüldüyünü vurğulayıb.
Daha sonra ASAIF nümayəndələri gələcəkdə Pakistan dövlətinin elan etdiyi təqaüdlər barədə məlumatların təşkilat vasitəsilə daha geniş tələbə kütləsinə çatdırılmanın mümkünlüyü barədə məlumat vermişlər. Cənab səfir isə öz növbəsində Pakistanda elm, texnologiya və xarici dillər üzrə kifayət qədər inkişaf etmiş universitetlərin olduğunu və gələcəkdə azərbaycanlı tələbələrin həmin universtitetlərdə də təhsil alacağına ümid etdiyini  bildirib.

OXŞAR XƏBƏRLƏR