Xəzər Universitetində təhsil alan tələbələrlə dünyanın ən yaxşı universitetlərindən olan York, Kardif, Mançester, London Kollec Universiteti, Kembric, Qlion, SOAS və digər universitetlərin məzunu ASAIF-in idarə heyyəti üzvləri və digər aktiv üzvlərinin görüşü olub.
ASAIF-in mətbuat xidmətindən verilən məlumata görə, Xaricdə Təhsil Alan və Məzun Olmuş Gənclərin Beynəlxalq Forumu (ASAIF) öz fəaliyyətində yeni bir istiqamətə qədəm qoyaraq xüsusilə yerli universitetlərdə təhsil alan tələbələrlə isə önəm verərək ölkə daxilindəki inteqrasiyasını təmin etmək üçün ali məktəblərdə tələbələrlə görüşlərə başlayıb.
300 tələbə və müəllim heyyətinin iştirak etdiyi tədbirin əsas amalı xaricdə təhsil, xaricdə yaşanılan və əldə olunan həyatın hər sahəsində qazanılan təcrübələrin tələbələrlə bölüşülməsi, xaricdə təhsilin doğru və düzgün istiqamətləri, ASAIF-çi məzunların uğur hekayələri və gənclərin özlərində inam hissinin yaranması, onların ən yaxşı universitetlərdə öz bacarıqlarına qəbul olub və təhsil ala bilmə imkanları, bununla aparılan dövlət gənclər siyasətinin uğurları, xaricdə təhsil üzrə dövlət proqramı və tətbiq olunan yeniliklərlə bağlı tələbələri ətraflı məlumatlandırmaqdır.